ABŞ-dakı etirazlarda ən az 5 nəfər həyatını itirib
Mьəllif: admin1
Tarix: 1-06-2020, 19:20
Bцlmə: Xəbərlər
ABŞ-dakı etirazlarda ən az 5 nəfər həyatını itirib
Qaradərili Corc Floydun mayın 25-də Minneapolis şəhərində polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlayan etiraz aksiyaları alovlanıb.

Maide.Az xəbər verir ki, “Washington Post” qəzetinin məlumatına görə, aksiyalar zamanı polis və etirazçılar arasında baş vermiş qarşıdurmalarda ən azı beş nəfər ölüb.

Amerika KİV-ləri həmçinin indiyədək etiraz aksiyaları müddətində təxminən 4 100 nəfər polis tərəfindən saxlayıb.

Vaşinqton şəhərindəki etirazçılar Ağ Ev ətrafından kənarlaşdırıldıqdan sonra küçələrdə dükanları dağıtmağa və zibil qutularını yandırmağa başlayıb.

Bundan başqa etirazçılar Vaşinqtonun mərkəzində yerləşən ofis və ticarət evlərini dağıdıblar.

Los Angeles şəhərində iğtişaşlar və etirazların böyüməsindən sonra bu şəhərdə fövqəladə vəziyyət elan edilib.

ABŞ mediasında yer alan məlumatlara görə, 25 şəhərdə hərbi vəziyyət elan edilib. Həmçinin ABŞ Milli Qvardiyasını ölkənin bir neçə ştatında şəhərlərə yeridilib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031