İsrail rejimi Əl-Əqsa məscidinin xətibini daha 4 ay sürgün etdi
Mьəllif: admin1
Tarix: 4-06-2020, 22:23
Bцlmə: Xəbərlər
İsrail rejimi Əl-Əqsa məscidinin xətibini daha 4 ay sürgün etdi
İsrail rejiminin polisi Əl-Əqsa məscidinin xətibi Şeyx İkrimə Səbrini daha 4 ay Hərəmi Şərif Əl-Əqsa məscidindən uzaqlaşdırılması barədə qərar qəbul edib.

Şeyx Səbri Anadolu agentliyinin müxbirinə verdiyi açıqlamasında, evinə basqın edən İsrail rejiminin qüvvələrinin, daha 4 ay müddətində Əl-Əqsa məscidindən uzaqlaşdırılacağına dair xəbərdarlığı ona verdiyini söyləyib.

Əl-Əqsa məscidini müdafiə etməyə davam edəcəyini vurğulayan Şeyx Səbri, belə deyib: “İşğalçı rejimin təbiəti budur. İşğala qarşı qaldırılan səsləri susdurmaq istəyirlər.

Məni hədəfə almaq əslində Əl-Əqsanı hədəfə almaq deməkdir. Çünki Hərəmi Şərifdə gözləri var. İşğalçı rejimin bu üslubu ibadət azadlığına, demokratik dövlət ifadəsinə və beynəlxalq hüquqa ziddir”.

Keçmiş Qüds-Fələstin müftisi olan və hazırda Qüds Ali Şurasının sədri vəzifəsini icra edən Şeyx Səbri mayın 29-u İsrail rejiminin polisinin evinə hücumu vaxtı həbs edilmişdi.




Deyerler.org
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031