Türkiyə 40 ölkə ilə uçuşlara başlayır
Mьəllif: admin1
Tarix: 5-06-2020, 17:56
Bцlmə: Xəbərlər
Türkiyə 40 ölkə ilə uçuşlara başlayır
İslamazeri.com TRT-yə istinadən xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu 10 iyundan başlayaraq mərhələli olaraq 40 ölkəyə təyyarə səfərlərini başlamağı planlaşdıqlarını açıqlayıb.

İ.Karaismailoğlu verdiyi yazılı şərhdə bildirib: “Yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizəni dünyanın digər ölkələrilə müqayisə etdiyimiz zaman Türkiyənin bu müddəti müvəffəqiyyətlə sovuşdurduğunu görürük və buna görə "yeni normallaşma" çərçivəsində addımlarımızı atmağa davam edirik.

1 iyundan daxili xətt uçuşları başlanıb. Xarici xətt uçuşları ilə bağlı 92 ölkə ilə danışıqlar aparılır.

Xarici xətt uçuşlarının qarşılıqlı açılmasıyla əlaqədar ilkin mərhələdə 15 ölkəylə razılığa gəlinib.

10 iyundan etibarən mərhələli olaraq xarici xətt uçuşları belədir:

10 iyundan Qıbrız - Şimali Kipr Türk Respublikası, Bəhreyn, Bolqarıstan, Qətər, Yunanıstan;

15 iyundan Almaniya, Avstriya, Azərbaycan, Çexiya, Xorvatiya, Honq Konq, İsveçrə, Yaponiya, Şimali Makedoniya, Litva, Macarıstan, Polşa, Rumıniya, Serbiya, Sinqapur, Slovenya, Tacikistan;

20 iyundan Hollandiya, Qazaxıstan;

22 iyundan Albaniya, Bosniya Herseqovina, Danimarka, Estoniya, Finlandiya, Cənubi Koreya, İrlandiya, Çernoqoriya, Qırğızıstan, Latviya, Lüksemburq, Norveç, Slovakiya;

25 iyundan Belçika”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031