ABŞ polisinin vəhşiliyi
Bu yaxınlarda ABŞ-ın Şimali Karolina ştatındakı ABŞ polisinin, etirazçıları mühasirəyə alaraq onlara kimyəvi maddələr atdığı və mühasirədən çıxmaq istəyən etirazçıların yolunu bağladığı video yayımlanıb.
ABŞ polisi etirazçılara qarşı son dərəcə vəhşi hərəkətlər həyata keçirərək, 46 yaşlı qaradərili amerikalı Corc Floydun öldürülməsinə qarşı çıxan etirazçıların əhatəsinə gözyaşardıcı qazlar ataraq onları mühazirəyə alaraq çıxış yolunu bağlayıb. "Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, video “Charlotte Queen City Nerve” qəzetinin təsisçisi Castin LaFransua tərəfindən qeydə alınıb. Videoda Castin LaFransuanın səsi eşidilir: "Polis etirazçıların arxasında və onların qarşısında gözyaşardıcı qaz və işıq-səs qumbarası atdı". O, həmçinin binanın damında oturan polislərin izdihama bibər qazı zərbələri endirdiyini söyləyir. “Biz tələyə düşmüşük. Bir çıxış yolu var idi, bizlərdən yarısı gözyaşardıcı qaz və bibər püskürmələri altından keçməyə məcbur oldu. Qalanları üçün qaçmağın yeganə yol, bərkitdiyimiz binanın dayanacaq darvazasını qaldırmaq idi”, - deyə LaFransua deyir. Onun sözlərinə görə, insanlar xilas olmağa çalışaraq, qapıdakı 6 düymlük çuxurun altına sıxmağa çalışırdılar. Lakin polis digər tərəfdən dayanacağa girib bibər qazı ilə atəş açmağa başladı. “Bu gördüyüm ən ifrat hərəkət idi. İlk dəfə idi ki, həyatım üçün qorxurdum”, - deyə LaFransua bildirib. Oxşar xəbərlər
|