HƏMAS ABŞ-ın görüşmək istəyini rədd etdi
Mьəllif: admin1
Tarix: 10-06-2020, 22:38
Bцlmə: Xəbərlər
HƏMAS ABŞ-ın görüşmək istəyini rədd etdi
Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Donald Tramp administrasiyasının rəhbərlik etdiyi ABŞ-ın rəsmi nümayəndə heyəti ilə görüşməkdən imtina edib.

Deyerler.org xəbər verir ki, Palinfo-nun verdiyi məlumata görə, ABŞ nümayəndə heyəti Qəzzanın yenidən qurulması və bunun yollarını araşdırmaq üçün HƏMAS liderləri ilə rəsmi şəkildə görüşmək istəyib.

Palinfo HƏMAS hərəkatındakı bir mənbəyə istinadən, hərəkatın Əsrin müqaviləsi kimi tanınan ABŞ-ın qondarma sülh planına qarşı çıxmasına görə, ABŞ nümayəndə heyəti ilə görüşməkdən imtina etdiyini söyləyib.

Mənbə vurğulayıb ki, ABŞ hökumətinin belə bir görüşdəki məqsədi sadəcə fələstinlilər arasında bölücülük və parçalanma yaratmaqdır.

HƏMAS hərəkatındakı mənbə ABŞ hökumətinin bir müddət əvvəl bəzi vasitəçi tərəflər vasitəsilə Qəzzaya maliyyə yardımı və beynəlxalq sərmayə təklif etdiyini də açıqlayıb, lakin HƏMAS-ın bundan da imtina etdiyini bildirib.

Əl-Məyadin media şəbəkəsi HƏMAS hərəkatındakı bir mənbəyə istinadən hərəkatın ABŞ-ın rəsmi nümayəndə heyəti ilə görüşdən imtina etdiyini təsdiqləyib.

Qeyd etmək lazımdır ki, ABŞ hökuməti bu cür görüşlər və yardımlar vasitəsilə fələstinlilərin Əsrin müqaviləsinə qarşı olmadığını göstərməyə çalışır, lakin indiyə qədər fələstinlilər dəfələrlə bildirdilər ki, heç bir halda Əsrin müqaviləsini qəbul etmək istəmirlər.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031