Türkiyə İrandan başqa bütün ölkələrlə quru sərhədlərini açdı
Türkiyə mediasında bununla bağlı məlumat yayılıb.
Məlumata görə, koronavirus pandemiyası səbəbilə Türk vətəndaşlar ilə xarici ölkə vətəndaşlarının Türkiyəyə giriş-çıxışlarını tənzimləyən müddəalar yenidən baxılıb. Qərara alınıb ki, İranla quru sərhədlərinin açılması istisna olmaqla, bütün quru, dəniz və hava sərhəd qapılarından giriş-çıxışa icazə verilsin. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iclası zamanı bu məsələlər müzakirə olunub. Türkiyə İran, İraq, Suriya, Azərbaycan, Gürcüstan, Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. (İslamazeri.com) Oxşar xəbərlər
|