İranda 110 günlük karantindən sonra ilk cümə namazı qılındı
Mьəllif: admin1
Tarix: 12-06-2020, 23:42
Bцlmə: Xəbərlər
İranda 110 günlük karantindən sonra ilk cümə namazı qılındı
İranın bir çox şəhərində 110 gündən sonra ilk cümə namazı qılınıb.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, koronavirusun yayılması səbəbi ilə 110 günlük fasiləsən sonra Ərak şəhərində sağlamlıq protokollarına riayət etməklə Ali Dini Rəhbərin vilayətindəki nümayəndəsi və şəhərin imam-cüməsi Ayətullah Nəcəfabadinin rəhbərliyi ilk cümə namazı qılınıb.

Yəzd və İsfahandakı cümə namazından çəkilən görüntülərdə insanların sosial məsafə, maskalar və əlcəklərdən istifadə edərək, cümə namazında iştirak etdiyi görünür.

Xatırladaq ki, Tehran Cümə İmamları Siyasət Məsləhət Şurasının sədri höccətül-İslam Mahmud Səyyah iyunun 12-də Tehran əyalətinin bütün şəhərlərində cümə namazının qılacağını açıqlamışdı.

Tehranda “qırmızı bölgə” deyilən yüksək riskli bir bölgənin olmadığını xatırladan Səyyah, belə demişdi:

“Cümə namazı sosial məsafə və sağlamlıq qaydalarını nəzərə alaraq Tehranın bütün şəhərlərində qılınacaq. Cümə namazına qatılanlar maskalar, şəxsi namaz kilimləri və türbətlər (mökür) kimi şəxsi əşyalarını gətirməlidirlər”
.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031