Almaniya, Rusiya və Britaniya səfirləri Həşd Şəbinin rəhbəri ilə görüşüb
Almaniya, Britaniya və Rusiyanın Bağdaddakı səfirləri, İraqın Həşd Şəbi xalq müdafiə qüvvələrinin rəhbəri ilə görüşüb.
Həşd Şəbinin rəhbəri Falah əl-Fəyyad, Almaniya, Britaniya və Rusiyanın Bağdaddakı səfirləri birgə keçirdikləri görüşdə İraqın və bölgədəki təhlükəsizlik problemləri ilə əlaqədar vəziyyəti müzakirə edib. "Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, görüş zamanı İraqda və bölgədə təhlükəsizlik barədə, eyni zamanda terrorizmə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib. Bu görüşdə Falah əl-Fəyyad koronavirusun yayılmasına qarşı beynəlxalq əməkdaşlığı müdafiə edib. Həşd Şəbi təşkilatı, müqavimət cəbhəsinin əsas üzvlərindən biri kimi, Amerikanın və bölgədəki sionist rejimin sui-qəsdləri və hiylələrinə qarşı mübarizədə böyük rol oynayır. Oxşar xəbərlər
|