ABŞ Ordusu və Suriya neftinin qaçaqmalçılığı
İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, Amerika və müttəfiqləri terror qrupları ilə mübarizə bəhanəsilə qanunsuz şəkildə və rəsmi Dəməşqin icazəsi olmadan Suriyada hərbi iştiraka malikdir.
Amerika Suriyanın şimal-şərqində kürdlərin işğalı altında olan neft yataqlarında öz hərbi iştirakını gücləndirmək məqsədilə 2019-cu ildə Deyrəzzor və Haseke vilayətlərinə hərbi karvanlar göndərib. Qərbi Asiyadakı amerikalı qüvvələrin baş komandanlığı bundan öncə bu barədə bildirmişdi ki, amerikalı hərbçilər Suriya neftindən və ondan əldə olunan gəlirdən bəhrələnmək üçün bu ölkə ərazisində qalıb. Suriya hökuməti dəfələrlə vurğulayıb ki, Amerikanın və Suriyadakı müttəfiqlərinin hərəkətləri bu ölkənin işğal olunması deməkdir. Oxşar xəbərlər
|