İsrail rejimi Qəzzanı bombaladı
İsrail rejimi döyüş təyyarələrinin Qəzzanı bombaladığı bildirilib.
Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, İsrail rejiminin ordusundan verilən yazılı açıqlamada, İsrail rejiminin döyüş təyyarələrinin və artilleriyasının Qəzzanın cənubundakı Rəfah şəhərində HƏMAS-a aid bir neçə hədəfi vurduğu bildirilib. Bəyanatda, hücumun Qəzzadan Fələstinin işğal olunmuş ərazilərinə raket hücumu edilməsinə cavab olaraq edildiyi iddia olunub. Digər tərəfdən, yerli mənbələr İsrail rejiminin hücumunun ətrafdakı obyektlərə də zərər vurduğu bildirilib. Məsələ ilə bağlı Qəzza müqaviməti tərəfindən hər hansı bir açıqlama verilməyib. Oxşar xəbərlər
|