Bəhreyn rejimi iki şiə fəalı edam edəcək
İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, Bəhreyndə Ali Məhkəmə, terror ittihamları ilə həbs olunan şiə vətəndaşa verilən edam hökmünü təsdiqləyib.
Ərəb mediasına görə, Bəhreyndə Ali Xəlifə rejiminin Ali Məhkəməsi terror fəaliyyəti ittihamları ilə həbs olunan Züheyr İbrahim Casim Abdullah adlı vətəndaşa əvvəlki məhkəmə instansiyaları tərəfindən verilən edam hökmünü qüvvədə saxlayıb. Ali Xəlifə rejiminin məhkəməsi edam cəzası verilən 35 yaşlı bu şəxsə qarşı ittihamların heç birini sübut edə bilməyib və dəlil irəli sürə bilməyib. Digər gənc Hüseyn Abdullah Xəlilə verilən edam hökmü isə Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib, o Damestan partlayışlarında ittiham olunur, lakin istintaq heç bir sübut irəli sürə bilməyib. Qeyd edək ki, 2011-ci ildən Bəhreyn rejimi xalqa qarşı sərt münasibət sərgiləməklə yanaşı, qanunsuz həbslər və edamlarla yadda qalıb. Son 9 il ərzində 11 mindən çox vətəndaş saxta ittihamlarla saxlanılmış, bir çoxu həbs edilmişdir. Oxşar xəbərlər
|