Yəmənin Səhiyyə Nazirliyi: “BMT milyonlarla uşağın aclığından və qətlindən kor və kardır”
Yəmənin Səhiyyə Nazirliyi, həmçinin BMT baş katibinin Səudiyyə rejiminin koalisiyasının uşaq hüquqlarını pozanların siyahısından çıxarılması qərarını qınayıb.
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, nazirliyin açıqlamasında bunlar qeyd olunub: “BMT-nin acizliyi və zəifliyi yəmənli uşaqların öldürülməsinin qarşısını ala bilmədi və koalisiya raketləri ilə 7732-dən çox uşağı öldürdü və ya yaraladı. Yəmənin mühasirədə olması 5 yaşınadək təxminən iki milyon yəmənli uşağa təsir etdi. Onlardan yarım milyondan çoxu qeyri-kafi qidalanmadan əziyyət çəkir”. Açıqlamaya görə, xəstə və vəba olanların 50%-i uşaqlardır. Onlar infeksiyaya daha çox meyllidirlər, çünki xəstəlik ölüm riskini artıran zəyif qidalanmadan da qaynaqlanır. Qurum Səudiyyə rejiminin bu cinayətlərinin BMT-nin korluğu və karlığı qarşısında baş verdiyini bildirib. Oxşar xəbərlər
|