İraqda ABŞ səfirliyinin yaxınlığına 4 raket atıldı
İraqın paytaxtı Bağdadda ABŞ səfirliyi, xarici nümayəndəliklərin olduğu və ciddi mühafizə olunan Yaşıl Bölgəyə son 10 gün ərzində beşinci raket hücumu edilib.
Deyerler.org xəbər verir ki, yerli media 4 raketin ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına düşdüyünü bildirib. AFP xəbər agentliyi isə, ən azı üç partlayışın eşidildiyi Yaşıl Bölgədə həyəcan siqnallarının işə düşdüyünü açıqlayıb. İraq rəsmiləri hələ də hücumda ölən və ya yaralananların olduqları barədə açıqlama verməyiblər. Oktyabr ayından etibarən Vaşinqtonun İraqdakı maraqlarını hədəfə alan ən azı 32 hücum reallaşdırılıb. Oxşar xəbərlər
|