Sionistlər Əl-Əqsa məscidinin altından yüzlərlə tunel qazır
Mьəllif: admin1
Tarix: 18-06-2020, 14:08
Bцlmə: Xəbərlər
Sionistlər Əl-Əqsa məscidinin altından yüzlərlə tunel qazır
İyunun 14-ü “Təpənin üzərində gənclik” adlı ekstremist yəhudi təşkilatının yayımladığı video, Əl-Əqsa məscidinə biganə olmayan hər kəsi düşündürdü.

Məscidin qərb hissəsindən sionstlər sürətlə yeni böyük tunel qazır. Məlumata əsasən tunel, iyul ayında sionist rejim tərəfindən rəsmi olaraq açılacaq.

"Deyerler.org"un russian.palinfo-ya istinadən verdiyi xəbərə görə, sionist rejimin yayım mənbələri yeni tunel haqqında materialı bir neçə dəqiqəlik veb sayta yerləşdirdikdən sonra onu silib.

Videoda, yəhudi gəlmələrinin tikinti texnikasından istifadə edərək, tunel ətrafındakı daş-kəsəkləri təmizləyərək, foto-video görüntüləri götürdüyü göstərilirdi. Yerli mənbələrə görə, tunel Əl-Əqsa məscid kompleksinin altından keçir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031