İraqın xalq səfərbərlik qüvvələri İŞİD-in yeraltı düşərgəsini aşkar etdi
İraqın Əl-Həşduş Şəbi qüvvələri ölkənin qərbindəki bir neçə gizli sığınacaq ilə birlikdə İŞİD terror ünsürlərinin böyük bir yeraltı düşərgəsini aşkar etməyi bacarıb.
Deyerler.org Farsnews- istinadən xəbər verir ki, Əl-Həşduş Şəbinin 2-ci alayı Təşkilatın 8-ci diviziyasının 32-ci briqadası ilə birlikdə Ənbar əyalətinin qərb səhrasında aparılan axtarış əməliyyatı vaxtı düşərgəni aşkarlayıblar. Xəbərdə bildirilir ki, əməliyyat zamanı “Ğabahə Manax”, “Madisis Dəm”, Vadi Həlqum”, “Əhvaz Ğaz Akaz”, “Əl-Hadəra və Əl-Kəira”, “Əl-Əvdan”, “Səəd” hava bazası, “Sahali” və “Zayə” məntəqələrini İŞİD ünsürlərindən təmizləmək üçün axtarış aparıb. Məlumata görə, Əl-Həşduş Şəbi qüvvələri əməliyyat zamanı həbsxana, yataq otağı və mətbəxdən ibarət böyük yeraltı İŞİD düşərgəsini aşkar etməyə müvəffəq olub. Düşərgədə müxtəlif ərzaq və avtomobil gizlətmə ləvazimatları da aşkar edilmişdir. Əl-Həşduş Şəbi qüvvələri də əməliyyatda qida və avadanlıqların olduğu bir neçə İŞİD-in yeraltı gizli yerlərini aşkar edə biliblər. Məlumata görə, Əl-Həşduş Şəbi artıq İŞİD ünsürləri tərəfindən istifadə olunmamaları üçün bütün sığınacaqları məhv edib. Oxşar xəbərlər
|