Koronavirusa görə təcili xəbərdarlıq edildi
Beynəlxalq Səhiyyə Təşkilatının sədri Tedros Adhanom Qebreyesus koronavirus ilə bağlı danışıb.
O, açıqlamasında vurğulayıb ki, koronavirus hal hazırda çox təhlükəli mərhələyə qədəm qoyub. "Təkcə dünən koronavirusa yoluxmalara görə rekord göstəricilər qeydə alındı. Dövlətlərə xəbərdarlıq edirik. Məsələ çox təhlükəli mərhələyə keçib. Ehtiyyatlı olmaq və məhdudlaşdırıcı tədbirləri yüngülləşdirməmək lazımdır", - deyə Tedros Adhanom Qebreyesus diqqətə çatdırıb. Tedros Adhanom Qebreyesus qeyd edib ki, koronavirusa yoluxmalara görə ən yüksək göstəricilər Amerika qitəsindədir. (eastnews.org) Oxşar xəbərlər
|