İran parlamentinin spikeri: “ABŞ ilə müzakirə qəti qadağandır”
Mьəllif: admin1
Tarix: 22-06-2020, 18:33
Bцlmə: Xəbərlər
İran parlamentinin spikeri: “ABŞ ilə müzakirə qəti qadağandır”
İran Parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ ilə danışıqların qadağan olduğunu və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə müstəqil olduqlarını sübut etdikləri təqdirdə danışıqların aparıla biləcəyini söyləyib.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Məhəmməd Baqir Qalibaf parlamentin baş assambleyasındakı çıxışında MAQATE İdarə Heyətinin İrandakı iki obyektə “icazə verilməsi” qərarını tənqid edib.

Qalibaf qeyd edib ki, MAQATE-nin rəyi müstəqil olarsa, bu qurumla danışıqlar aparıla bilər: “MAQATE İdarə Heyətinin qərarı bir daha sübut etdi ki, Qərbə etibar etmək olmaz. ABŞ ilə danışıqlar qəti qadağandır.

Biz diplomatiya və danışıqlara qarşı deyilik, ancaq ABŞ ilə danışıqların mütləq zərərli olacağına inanırıq. Aİ ilə danışıqlar da onların etibarsız olduğunu bilinərək, aparılmalıdır”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031