Müqtəda Əs-Sədr Seyid Həsən Nəsrullahla görüşdü
Livanın bəzi siyasi mənbələri Beyruta gedən İraqın Sədr hərəkatının lideri Müqtəda Əs-Sədrin Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullahla görüşdüyünü bildirib.
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Müqtəda Əs-Sədrin keçən həftənin sonunda Livana səfərinin səbəbi haqqında məlumatlar gəlməyə davam edir. Əl-Livaniyah xəbər saytının verdiyi məlumata görə, Livan şiə çevrələri Küveytin “Əl-Siyasah” qəzetinə verdiyi açıqlamalarında, Müqtəda Əs-Sədrin Livana səfəri vaxtı Hizbullah liderləri, o cümlədən hərəkatın baş katibi Seyid Həsən Nəsrullahla İraqdakı hadisələri müzakirə etmək üçün görüşəcəyini bildirib. Bununla birlikdə, bəzi Livan xəbər mənbələri də Müqtəda Əs-Sədrin Livana səfərinin sadəcə tibbi xidmətlə bağlı bir səfər olduğunu bildirib və səfər vaxtı rəsmilərlə görüşmək planlarının olmadığını vurğulayıb. Oxşar xəbərlər
|