Ali Dini Rəhbərin hərbi müşaviri: “Trampla əsla görüşməyəcəyik”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin hərbi müşaviri general Hüseyn Dehqan Qətərin Əl-Cəzirə televiziyasına verdiyi müsahibədə, ABŞ-ın prezidenti Donald Trampla müzakirənin əsla olmayacağını qeyd edərək, belə deyib: “Çünki biz onu prezident kimi yox, cinayətkar kimi görürük”.
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, İranın raketdən müdafiə sistemi və regional siyasətini müzakirə etməyəcəyini vurğulayan general Dehqan, belə danışıb: “Fars körfəzində ABŞ-ın hər hansı bir hərbi əməliyyatına səssiz qalmayacağıq və sərt cavab verəcəyik”. O, Ər-Riyadın razılaşacağı təqdirdə, Səudiyyə rejimi ilə heç bir ön şərt olmadan görüşməyə və danışıqlar aparmağa hazır olduqlarını bildirib. BƏƏ ilə əlaqələrə toxunan general Dehqan, belə deyib: “BƏƏ ilə münasibətlərimiz yaxşılaşdı və bu ölkənin bizimlə münasibəti dəyişdi”. BMT-nin və beynəlxalq təşkilatlar tərəfindən rəsmi olaraq tanınan Liviyadakı Milli Razılaşma Hökumətini dəstəklədiklərini vurğulayan general Dehqan, İranın Həftər qüvvələrini dəstəkləməsi ilə bağlı yayılan söz-söhbətlərin gülünc olduğunu bildirib. “İran Liviya ilə bağlı bütün tərəfləri siyasi bir həll yoluna dəvət edir”, - deyə general Dehqan bildirib. Yəməndə baş verənlərin boş bir hərbi xaos olduğunu və buna görə ilk növbədə Səudiyyə rejiminin məsuliyyət daşıdığını vurğulayan general Dehqan, belə danışıb: “Ər-Riyad Yəmən müharibəsində məğlub olduğunu etiraf etməli və yeni bir siyasət aparmalıdır”. Oxşar xəbərlər
|