İraqın baş naziri xarici qoşunların çıxarılması ilə bağlı danışıqları uğurlu adlandırıb
İraqın baş naziri, Bağdad hökumətinin, ABŞ qoşunlarının ölkədən çıxarılması ilə əlaqədar Vaşinqtonla apardığı strateji danışıqların uğurlu keçdiyini bildirib.
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Mustafa əl-Kazımi iyunun 26-da jurnalistlərə verdiyi müsahibədə deyib: "İraq xarici sui-qəsdlərə müqavimət göstərəcək və heçbir tərəfin onun təhlükəsizliyinə təhdid etməsinə imkan verməyəcək". Bağdad və Vaşinqton arasında strateji danışıqlar iyunun 11-i video konfrans formatında başladı. Hər iki tərəf, ABŞ qoşunlarının İraqdan çıxarılması daxil olmaqla, müxtəlif mövzuları müzakirə etdi. Mustafa əl-Kazımi, yaxın gələcəkdə bu ölkənin sərhədlərindəki keçidlərin təhlükəsizliyini təmin etmək üçün terror ünsürlərindən təmizlənmə əməliyyatları haqqında da elan etdi. Oxşar xəbərlər
|