Ayətullah Xameni: Korrupsiya da koronavirus kimi çox təhlükəli və yolxucudur amma...
Mьəllif: admin1
Tarix: 27-06-2020, 15:09
Bцlmə: Xəbərlər
Ayətullah Xameni: Korrupsiya da koronavirus kimi çox təhlükəli və yolxucudur amma...
Koronavirus məsələsi bitməyib, davam edir. Bu virusun qarşısının alınması üçün səhiyyə protokollarına ciddi əməl olunmalıdır.

Bunu Ali Rəhbər Seyid Əli Xamenei bu gün Məhkəmə Sisteminin məsul şəxsləri və işçiləri ilə videokonfransda çıxışında deyib.

Onun sözlərinə görə, koronavirusa görə iqtisadi problemlərin yaranması təbidir. “Amma virusa qarşı diqqətsizlik etmək daha böyük iqtisadi fəsadlara gətirib çıxarda bilər”.

Ayətullah Xamenei koronavirusla bağlı maraqlı bir fikir də irəli sürüb, qeyd edib ki, bu virus korrupsiya ilə oxşar xüsusiyyətlərə malikdir. “ Əgər korrupsiyaya qarşı mübarizə qərəzsiz aparılarsa insanlar ümidvar olar.

Çünki korrupsiya da koronavirus kimi çox təhlükəli və yolxucudur. Fərq budur ki, virusu əlləri yumaqla aradan aparmaq olur, amma korrupsiyanı məhv etmək üçün o əli mütləq kəsməlisən”.

Bu gün Qərb ölkərində baş verənlər onların təqdim etdiyi filimlərdə yoxdur.

O qeyd edib ki, Qərb ölkələri filimlərdə öz məhkəmə sistemini, insanlara qarşı münasibətini demokratik dəyərlər çərçivəsində göstərməyə çalışır.

“Qərb ölkələri həqiqətin əksi olaraq öz filmlərində məhkəmələrini ədalətli göstərirlər. Lakin biz ölkəmizin həqiqətlərini belə göstərmək üçün incəsənət və KİV-in potensialından istifadə etmirik və bəzən əksi olur."

ABŞ prezidenti D.Trampın miqrantların uşaqlarının valideynlərindən ayrılması, irqçilik və köləlik simvollarını yıxan şəxslərin 10 il həbs olması ilə bağlı sözlərinə toxunan Ali Rəhbər bildirib ki, bu qanunsuzluqlar haqqında Qərb ölkələrini filimlərində göstərilmir.

"Ölkənin bütün sahələrdə, o cümlədən ABŞ və İngiltərənin düşmənçilikləri və Avropa ölkələrinin addımları qarşısnda ehtiyatlı olmalıyıq. Əgər biz öz vəzifəmizə əməl etsək Allahın lütfü ilə onların başı daşa dəyəcək və öz məqsədlərinə çata bilməyəcəklər."

Ayətulalh Xamenei deyib ki, Qərb ölkələrinin xalqımızı diz çökdürmək üçün tətbiq etdikləri “maksimum təzyiq”lərinin nəticəsi bu olacaq ki, İran xalqı onları geri otuzdurmaq üçün sinələrinə möhkəm yumruq vuracaq.
(Maide.Az)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031