İran Süleymani sui-qəsdinə görə Tramp və 35 nəfəri İnterpola verdi
Mьəllif: admin1
Tarix: 29-06-2020, 21:16
Bцlmə: Xəbərlər
İran Süleymani sui-qəsdinə görə Tramp və 35 nəfəri İnterpola verdi
İslamazeri.com shafaqna-ya istinadən xəbər verir ki, İranın məhkəmə sistemi İnterpoldan tələb edir ki, Sepah generalı Qasim Süleymaniyə qarşı törədilmiş sui-qəsdə görə ABŞ prezidenti Donald Tramp beynəlxalq axtarışa verilsin.

“Qasim Süleymaniyə qarşı sui-qəsd məsələsinin hazırlığında iştirak etmiş və bu məsələ ilə məşğul olmuş 36 nəfərin kimliyini müəyyən edə bildik. Onlar arasında ABŞ və digər ölkələrin siyasi və hərbi xadimləri də var”, – deyə Tehran prokuroru Əli Mehr bildirib.

Onun sözlərinə görə, məhkəmə orqanları onların məsuliyyətə cəlb edilməsi və İnterpol vasitəsi ilə qırmızı statusun elan edilməsinə dair qərar qəbul edilib.

O qeyd edib ki, bu insanlar “qətl” və “terrorçuluqda” ittiham edilirlər.

“Siyahının başında isə ABŞ prezidenti Donald Trampdır”, – deyə o əlavə edib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031