Britaniyanın Yəməndəki hərbi cinayətlərdə rolu haqqında yeni sübutlar
“Daily Maverick” elektron qəzeti Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Səudiyyə rejiminin koalisiyasının Yəmənə hücumunda kömək etdiyini bildirib.
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Daily Maverick e-qəzetinin verdiyi məlumata görə, 300-dən çox səudiyyəli zabit Britaniya Hərbi Hava Qüvvələrinin altı hərbi bazasında təlim keçdi və səudiyyəli pilotlar üçün təlimlər dörd ilə qədər davam edən təlim kurslarıdır. Cənubi Afrika Respublikasının “İbn Cümə” adlı qəzeti isə yazıb ki, Britaniya Hərbi Hava Qüvvələri keçən il (2019) Səudiyyə rejiminin əsgərləri və pilotlarına döyüş təyyarələrindən istifadə etməyi və Yəməndə uçmağı öyrədib. Qəzetin yazdığına görə, britaniyalıların hərbi dəstək və təlim yardımı yalnız səudiyyəlilərlə məhdudlaşmır və Səudiyyə rejiminin koalisiyasında olan digər qüvvələr (ola bilsin BƏƏ) də Böyük Britaniyanın 12 hərbi bazasında təlim keçib. Yəmən Milli Qurtuluş Hökumətinin rəsmiləri (Sənada yerləşən) Səudiyyə rejiminin koalisiyası ilə müharibəni dəfələrlə ABŞ-Britaniya-Səudiyyə rejimi hərbi hücumu adlandırıblar və Yəmənə hücumda ərəb olmayan qüvvələrin olduğunu vurğulayıblar. Ötən il də, ABŞ qoşunlarının Səudiyyə rejiminin koalisiyasına kəşfiyyat əməliyyatlarında kömək etdiyi görüntülər yayılmışdı. Livanın Əl-Əxbar qəzeti isə bu həftə Səudiyyə rejiminin koalisiyasının Sənaya ağır hava zərbələri endirməsindən sonra ətraflı bir hesabat yayaraq, Qərb hərbi səlahiyyətlilərinin və britaniyalıların Yəmən müharibəsinin hava məkanını tam nəzarətə götürdüyünə dair məlumatlar paylaşıb. Oxşar xəbərlər
|