İsveçin XİN rəhbəri Fələstin mövzusunda İsrailə qarşı çıxdı
İsveçin Xarici İşlər naziri Ann Linde işğalçı İsrail rejiminin Fələstin torpaqlarının ilhaq edilməsi cəhdlərinə münasibət bildirib.
O, açıqlamasında vurğulayıb ki, İsrail rejiminin bu addımının qarşısını almaq üçün beynəlxalq təzyiq olmalıdır. "Bu təzyiq davamlı olmalıdır. Əvvəllər də İsrail buna cəhd edirdi. Lakin beynəlxalq təzyiqlərə görə edə bilmirdilər", - deyə Ann Linde diqqətə çatdırıb. Ann Linde açıqlamasında qeyd edib ki, ilhaq qərarı beynəlxalq hüquqa ziddir və bu yolverilməzdir. (eastnews.org) Oxşar xəbərlər
|