Qum Dini Elmlər Hövzəsi Ayətullah Sistaninin müdafiəsinə qalxdı
Mьəllif: admin1
Tarix: 6-07-2020, 18:44
Bцlmə: Xəbərlər
Qum Dini Elmlər Hövzəsi Ayətullah Sistaninin müdafiəsinə qalxdı
Qum Dini Elmlər Hövzəsinin müəllimlər cəmiyyəti Səudiyyə Ərəbistanının “Əş Şərqul əvsət” qəzetində İslam Dünyasının şiələrinin ali dini mərcəi təqlidi Ayətullah Üzma Seyid Əli Sistaniyə qarşı hörmətsizliyini pisləyən bəyanat yayıb.

İslamazeri.com "Az.shafaqna.com" xəbər verir ki, Qum Dini Elmlər Hövzəsinin müəllimlər cəmiyyəti bəyanatında qeyd edib ki, Səudiyyə Ərəbistanının “Əş Şərqul əvsət” qəzetinin şiə mərcəiyyətinin və İslam alimlərinin İraqın dini və milli mahiyyətinin qorunması, həmçinin bu xalqın siyasi birliyinin möhkəmləndirilməsi sahəsindəki rolu inkarolunmaz faktdır.

Bəyanatda vurğulanıb ki, şiə mərcəiyyəti illər boyu imperializmə və İngiltərə müstəmləkəçiliyinə qarşı mübarizə ilə İraqın azadlığı və istiqlaliyyətinin əsaslarını möhkəmlədərək alimanə idarəçiliyi ilə İraqın rəşadətli xalqını böhranlardan çıxarmasına yardım etmişdir.

“Bu arada İŞİD ilə mübarizədə müqavimət mehvərinin gücləndirilməsi və xalqın ümumi və könüllü səfəbərliyinə səbəb olan Ayətullah Sistaninin fətvası da böyük xüsusiyyətə malikdir.

İraq xalqı, İslam alimləri və İslam Ümmətinin tərəfdarlarının mərcəiyyətin mövqeyinə hörmətsizlik edənlərlə rəftar üzrə tələbi izlənilməli və bu yöndə cinayət edənlər məsuliyyətə cəlb olunmalıdırlar.”, - deyə Qum Dini Elmlər Hövzəsinin bəyanatında qeyd edilir.

Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031