İran rəsmisi: “Ərbəinlə bağlı qərarı Ərbəin Qərargahı verəcək"
Mьəllif: admin1
Tarix: 7-07-2020, 10:00
Bцlmə: Xəbərlər
İran rəsmisi: “Ərbəinlə bağlı qərarı Ərbəin Qərargahı verəcək"
İranın hüquq-mühafizə qüvvələrinin komandiri general-mayor Hüseyn Əştəri İmam Hüseynin (ə) Ərbəin Qərargahının beşinci iclasında, zəvvarlar üçün təhlükəsizliyin qurulması və təmin edilməsi, habelə onlara xidmət göstərilməsinin asanlaşdırılmasının ən vacib prioritetlərdən biri olduğunu söyləyib.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, general-mayor Hüseyn Əştəri iclasda bunları deyib: “Bu il ölkədə koronavirusun yayılması ilə əlaqədar vəziyyət əvvəlki illərlə müqayisədə fərqlidir və bu vəziyyəti aradan qaldırmaq üçün bütün aidiyyəti qurumlar işləməlidir”.

O, İmam Hüseynin (ə) Ərbəin mərasiminin keçirilməsinin Ərbəin Mərkəzi Qərargahının və Silahlı Qüvvələrin Baş Qərargahının - İmam Rza (ə) Düşərgəsinin qərarına tabe olduğunu vurğulayaraq, bunları deyib: “Bununla yanaşı hüquq-mühafizə qüvvələri böyük Hüseyni (ə) Ərbəin mərasiminin keçirilməsində əvvəlki illərin əlverişli təcrübələrini nəzərə alaraq, bu il zəvvarları qəbul etməyə daha hazır olacaq”.

General-mayor Hüseyn Əştəri bildirdi ki, lazımi xidmət üçün bütün infrastruktur təmin edilməlidir: “Şübhəsiz ki, müvafiq vilayətlərin bütün hüquq mühafizə komandirlərinin və millət vəkillərinin işinin əsasını təşkil edən bu mövzuda təlimatlar veriləcək.

Digər təşkilatlar və qurumlarla görüşlər keçirmək və zəif cəhətləri aradan qaldırmaq və güclü tərəflərini gücləndirmək üçün bütün ehtiyac və tələbləri qaldırmaq lazımdır”.

Sonda Əştəri vurğulayıb ki, mövcud həssas vəziyyətdə (koronavirusun yayılması) əvvəlkindən daha çox məsuliyyət olacaq, çünki zəvvarlara arzuolunan xidmətlər (klinikalar və sağlamlıq təlimləri yaratmaq) təmin etmək üçün hər zamankindən daha çox hazır olmaq lazımdır.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031