Brüsseldə minlərlə insan hicabın müdafiəsinə qalxdı
Brüsseldə Belçika Konstitusiya Məhkəməsinin bir universitetdə hicabın qadağan edilə biləcəyi ilə bağlı fikir səsləndirməsi minlərlə insanın etirazına səbəb olub.
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, müxtəlif qeyri-hökumət təşkilatlarının çağırışı ilə təxminən 4 min insan Brüsselin mərkəzindəki Mont des Arts meydanında toplaşıb. Əllərində “Hicab insan hüququdur”, “Əlini hicabımdan çək”, “Azadlığımız haradadır?”, “Təhsilimə toxunma”, “Mənim hüququmdur” və “Bəsdir” yazılmış plakatlar daşıyan nümayişçilər hicab və dini etiqad azadlığını dəstəkləyən şüarlar səsləndiriblər. Etirazçıların oxuduğu bəyanatda, Belçikadakı müsəlman qadınların dini etiqadlarına görə ayrıseçkiliyə məruz qaldığı vurğulanıb. Bəyanatda Belçikada qanunlar və qanunvericilik hazırlanarkən müsəlman qadınların prioritetlərinin də nəzərə alınması, Belçikada konstutusiya hüququ çərçivəsində müsəlmanlara daha çox anlayışlı davranılması tələb edilib. Qeyd edək ki, Belçika Konstitusiya Məhkəməsi iyunun əvvəlində paytaxt Brüsseldəki ən böyük kolleclərdən biri olan Fransisko Ferrer kollecinin “bütün dini rəmzləri qadağan edən” tətbiqinə qarşı qaldırılan iddia ilə bağlı insan haqlarına zidd radikal və ksenofob fikir bildirmişdi. Oxşar xəbərlər
|