HƏMAS-dan Ali Dini Rəhbərə təşəkkür
Mьəllif: admin1
Tarix: 8-07-2020, 17:32
Bцlmə: Xəbərlər
HƏMAS-dan Ali Dini Rəhbərə təşəkkür
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək səlahiyyətli üzvlərindən olan İsmayıl Ridvan Ali Dini RəhbərAyətullahul-üzma Seyid Əli Xamenei HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə mesajında, Tehranın Fələstin xalqı və müqavimətinə strateji dəstəyini vurğuladığını bildirib.

Deyerler.org QudsPress-ə istinadən xəbər verir ki, Ridvan Ali Dini Rəhbərin HƏMAS-ın Siyasi Bürosunun rəhbərinə göndərdiyi məktub üçün təşəkkür edib.

İlhaq planını məğlub edənə qədər müqavimət yolunda davam edəcəklərini söyləyən HƏMAS rəsmisi, İranın siyasi, hərbi və maddi yardımının işğalçılara qarşı mübarizəyə birbaşa təsir edəcəyini qeyd edib.

Ridvan Qərb Sahilinin ilhaq planının həyata keçməyəcəyini və buna qarşı bütün variantların masa üzərində olduğunu vurğulayıb.

Xatırladaq ki, Ali Dini RəhbərAyətullahul-üzma Seyid Əli Xamenei HƏMAS-ın lideri İsmayıl Haniyəyə məktubunda Fələstin müqavimətinin Amerika-Sionist hiylələri qarşısında durduğuna görə təşəkkür edərək, belə demişdi:

“Fələstin məsələsindəki son hadisələrlə əlaqədar məktubunuzu diqqətlə araşdırdım. Allah yolunda vuruşanları yüksək qiymətləndirirəm, çünki Fələstin İslami Müqavimət Hərəkatı ABŞ və Sionist rejimini zəiflətdi”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031