Gürcüstan pasportu ABŞ pasportunu geridə qoydu
İslamazeri.com az.shafaqna.com-a istinadən xəbər verir ki, koronavirus pandemiyasına və onun səbəb olduğu səyahət məhdudiyyətlərinə görə Qlobal Pasport İndeksi (Global Passport Index) yenilənib.
Qeyd edək ki, GPI hər il dərc edilir və pasport sahibinin vizasız neçə ölkəyə gedə biləcəyinə dair reytinqi göstərir. Ən son məlumatlara əsasən, Gürcüstan pasportu reytinqdə 15-ci yerdə qərarlaşıb, 2019-cu ildə isə 39-cu yerdə idi. Siyahıda ilk yer Yaponiya və Yeni Zelandiyaya məxsusdur. ABŞ pasportu isə 18-cidir. Gürcüstan vətəndaşları hazırda vizasız 57 ölkəyə səfər edə, 35 ölkədə sərhəddəcə viza ala bilərlər. 106 ölkəyə səfər etmək üçün isə Gürcüstan vətəndaşları öncədən vizanı rəsmiləşdirməlidirlər. Xatırladaq ki, Gürcüstan keçmiş Sovet məkanında, vətəndaşlarına 1 iyuldan Avropa İttifaqına getməyə icazə verilən ilk ölkə oldu. Koronavirusla mübarizədəki uğurlarına görə, Gürcüstan Aİ-yə gedə bilən 15 qeyri-Aİ ölkələrindən biridir. Oxşar xəbərlər
|