İran və Suriya hərbi əməkdaşlıq sazişi imzaladı
Mьəllif: admin1
Tarix: 9-07-2020, 22:59
Bцlmə: Xəbərlər
İran və Suriya hərbi əməkdaşlıq sazişi imzaladı
İranın baş qərargah rəisi general-mayor Məhəmməd Baqiri və Suriyanın müdafiə naziri general Əli Eyyub Dəməşq şəhərində iki ölkə arasında Hərbi Əməkdaşlıq Sazişi imzalayıblar.

Deyerler.org xəbər verir ki, Əl-Məyadin və Əl-Mənar informasiya şəbəkələrinin verdiyi məlumata görə, imzalanan müqavilənin məqsədi iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq və koordinasiyanı əhatə edir.

Sazişin imzalanmasından əvvəl baş tutan görüşdə tərəflər bu ölkədə qanunsuz bir şəkildə olan xarici qüvvələrin Suriya ərazisini tərk etmək üçün danışıqlar aparıblar.

İmzalanma mərasimində Əyyub sionist rejimin Suriyaya qarşı mübarizə aparan qüvvələrin tərəfdaşı olduğunu və İsrail rejiminin bəzi düşmənçilik əməllərinin terrorçu qrupları formalaşdırdığını söyləyib.

“ABŞ Suriya, İran və müqavimət cəbhəsini diz çökdürə bilsəydi, bunu etmək üçün bir an belə tərəddüd etməzdi”, - deyə Suriyanın müdafiə naziri bildirib.

İranın baş qərargah rəisi Baqiri razılaşmanın ABŞ-ın təzyiqləri qarşısında iki ölkənin iradəsini və qərarını gücləndirdiyini və İranın hərbi əlaqələr çərçivəsində Suriyanın raketdən müdafiə sistemlərini gücləndirəcəyini söyləyib.

Baqiri Türkiyənin Astana prosesi çərçivəsində terrorçu qüvvələrin Suriyadan çıxarılması öhdəliyində bir az gecikmə yaratdığını bildirərək, Suriyadakı təhlükəsizlik probleminin həllinin bu ölkədə qüvvələrini saxlamaq olmadığını söyləyib.

Baqiri mart ayının ikinci yarısında Suriyaya səfər etmiş və bu ölkənin səlahiyyətliləri ilə görüşmüşdü və bəzi münaqişə bölgələrində araşdırmalar aparmışdı.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda gedən xəbərlərdə İranın oktyabr ayına qədər Baver-373 hava hücumundan müdafiə sistemlərini Suriyaya yerləşdirəcəyi iddia olunmuşdu.

Sözügedən xəbərlər İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandiri general Əmirali Hacızadənin Suriyanın Əl-Bukamal şəhərinə səfərindən sonra mətbuatda getmişdi.

İranın Baver-373 sistemlərinin Suriyada yerləşdirilməsinin əsas səbəbinin isə, Suriyadakı Rusiyanın S-300 və “Shell-S” radarlarının İsrail rejiminin raketlərini ümumiyyətlə görmədiyi bildirilmişdi.

Suriyanın hərbi qüvvələri S-300 hava hücumundan müdafiə sistemi və Pantsir-S hava hücumundan müdafiə sisteminin istifadə etdiyi Rusiya radar qurğularının da İsrail rejiminin qanadlı raketlərinə qarşı tamamilə yararsız olduqlarını qeyd etmişdilər.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031