Yemiş siqaretdən imtinaya kömək edir - Daha böyük faydaları
Mьəllif: admin1
Tarix: 12-07-2020, 18:07
Yemiş siqaretdən imtinaya kömək edir - Daha böyük faydaları
Yay aylarının ən çox istehlak olunan və əvəzolunmaz giləmeyvələrindən biri olan yemişin faydaları haqqında bir çox şeyi söyləyə bilərik.

Qoxusu ilə bizi valeh edən yemiş ləzzətli olmaqla yanaşı, bir çox xəstəlik üçün də xeyirlidir. Bəs yemiş nəyə xəyirlidir və onun faydaları nədir?

Ölkəmizdə yetişdirilən yemiş dəri və saç sağlamlığından, xərçəng və qan təzyiqi kimi bir çox xəstəliklərin müalicəsində istifadə edilir.

Fol turşusu, kalium, natrium, maqnezium, dəmir və mis ilə zəngindir.

Kalorilərinin çoxu karbohidratlardan əmələ gəlir, lif nisbəti zəifdir, 100 qram yemişdə təxminən 28 kkal kalori var, tərkibindəki C vitamini immun sistemini artırır, qan təzyiqini azaltmaqda təsirli bir giləmeyvədir, beyinə gedən oksigen istehlakını artırır, aritmiyanın qarşısını alır, stressə qarşı yaxşı vasitədir.

Bundan başqa, yemiş diabetik nefropatiyanın qarşısını alır. A vitamini çatışmazlığını aradan qaldıraraq ağciyər sağlamlığını qoruyur. Tərkibindəki lif sayəsində toxluq xüsusiyyətinə malikdir. Bu arıqlamağı asanlaşdırır.

Yemiş nikotin çatışmazlığını aradan qaldırır və siqaretdən imtina etməyə kömək edir. İçindəki folatın reproduktiv qabiliyyətini artırır. Bağırsaq sağlamlığını qorumağa kömək edir. Həzmsizliyi aradan qaldırır. Hərarəti azaldır.

Saç tökülməsinin qarşısını alır, saçların daha uzun və sağlam böyüməsini təmin edir. Eqzema sədəf kimi dəri xəstəliklərini müalicə edir. Qovun diş ağrısını aradan qaldırır.

Sidik gətirici xüsusiyyətə malikdir. Dərinin sağlam və parlaq bir görünüşə sahib olmasını təmin edir. Gündəlik qəbul edilməli olan C vitamininin böyük hissəsini təmin edə bilir.

Yemişin zərərləri nələrdir?

Diabet xəstələrinə yemiş yemək tövsiyə edilmir. Yemiş mədə turşusunu artırır, buna görə xorası olan xəstələrə yemiş yemək tövsiyə edilmir.

Yemiş effektiv bir antioksidantdır və xüsusilə tibb mütəxəssisləri yemiş toxumunun həzm sisteminin iltihabına qarşı təsirli olduğunu söyləsələr də, bəzi tibb mütəxəssisləri yemiş və yemiş toxumlarının həzm sistemi iltihabı problemi olan insanlara zərərli olduğunu iddia edirlər.



Deyerler.org
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031