Ayətullah Xamenei: Düşmən cəbhəsinə qarşı birləşməliyik
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün video-konfrans vasitəsilə İran İslam Şurası Məclisinin üzvləri ilə görüşüb.
Maide.Az “leader.ir” saytına istinadla xəbər verir ki, Ali Rəhbər Ayətullah Xamenei görüşdə ölkənin mövcud problemlərinin həllinin mümkünlüyündən danışıb. Bildirib ki, Parlament məsələləri proritetlərə uyğun tənzimləməli, ixlasla problemlərin həlli prosesində xalq üçün elə çalışmalıdır ki, təsiri hiss edilsin. "Çətin iqtisadi şərtlərə və düşmənlərin qara təbliğatına baxmayaraq, İran xalqı seçkilərdə aktiv iştirak etdi. Bu xalqın ölkədəki problemlərin həllinə ümid etdiklərini göstərir. Deputatlar bu vacib məsələyə diqqət etməlidir”. Ali Rəhbər ölkənin bütün orqanlarının düşmən cəbhəsinə qarşı birləşməli olduğunu vurğuladı. 11-ci çağırış parlamenti İslam İnqilabından sonra ən güclü və inqilabçı məclis adlandıran Ali Rəhbər bildirib ki, Məclisdə yaşlı və təcrübəli deputatlarla yanaşı imanlı, təhsilli, sadiq və səmərəli gücə malik gənclərin olması ümidi daha da artırır. Ölkədəki iqtisadi problemlərə toxunan Ali Rəhbər bunu xəstəliyə bənzədib. “Ölkənin əsaslı və müdafiə gücü sayəsində bu xəstəliyin də öhdəsindən gələ bilərik. Çünki düşmənlər ən sərt sanksiyalara, təzyiqlərə baxmayaraq, İran əleyhinə məqsədlərinə çata bilmədiklərini etiraf etdilər." Ali Rəhbər qeyd edib ki, gənclər arasında özünə inam ideyası geniş yayılarsa, ölkənin güclü potensialından istifadə olunarsa, kənar yalan vədlərlə iqtisadiyyat zəiflədilməzsə problemlər tamamilə həllini tapacaq. Ali Rəhbər inflyasiya, milli valyutanın devalvasiyası, qeyri-iradi inflyasiya, istehsal şirkətlərinin problemləri və sanksiyaların yaratdığı problemlərin xüsusilə aşağı və orta təbəqə üçün həyatıni çətinləşdirdiyini vurğulayıb. Ayətullah Xamenei ölkədə çoxlu təbii, coğrafi və tarixi potensialın olduğunu və bunu təkmilləşdirən əsas prioritetin xalqın mənəvi və imanı olduğunu qeyd edib. “Mənəvi və iman potensialından çox önəmli əsas amil kimi istifadə olunmaldır. Xalqın koronavirusun ilk dalğasında fədakarcasına iştirakı, Şəhid Süleymaninni dəfn mərasiminə izdihamla qatılması, imkansız ailələrə möminlərin yardımı İran xalqının dərin mənəvi potensialının göstəricisidir. Xalq iranlıların milli güc və cihad simvolu olan şəhid Süleymanini yola salma mərasimində göstərdi ki, bu xalqın mübarizə və müqavimətə imanı var və öz milli qəhrəmanlarına dəyər verir." Oxşar xəbərlər
|