İraqda ABŞ ordusunun hərbi maşın və avadanlıqlarını daşıyan vasitələr yandırıldı
İraqda ABŞ ordusuna aid hərbi maşın və avadanlıqlar daşıyan 3 TIR naməlum silahlı şəxslər tərəfindən yandırılıb.
Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, İraqın cənubundakı Divaniyə şəhərini Səmavə şəhəri ilə birləşdirən şossedəki Əl-Nəcmi bölgəsində, ABŞ ordusuna aid Hummer tipli hərbi maşın və avadanlıqlar daşıyan 3 TIR naməlum silahlı şəxslər tərəfindən dayandırılaraq yandırılıb. Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər göndərilib. ABŞ helikopterləri bölgədə kəşfiyyat uçuşu aparıb. Hadisə sahidləri helikopterlərin çoxlu sayda yaralıları xəstəxanaya apardıqlarını, yük maşınlarının Bəsrə istiqamətindən gəldiklərini iddia edirlər. Oxşar xəbərlər
|