Paşinyan ordu rəhbərliyini topladı
Mьəllif: admin1
Tarix: 15-07-2020, 09:38
Bцlmə: Xəbərlər
Paşinyan ordu rəhbərliyini topladı
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yaşanan hadisələrə görə silahlı qüvvələrin rəhbərliyi ilə toplantı keçirib.

24News.ge Musavat.com-a istinadən xəbər verir ki, müşavirədə müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Onik Qasparyanın rəhbərliyi ilə hərbi komandanlıq iştirak edib.

Toplantıda sərhəddəki durum və situasiyanın inkişaf perspektivləri müzakirə olunub, bildirilib ki, hazırda vəziyyət nəzarət altındadır.

Ancaq erməni mediasının yaydığı fotolardan N.Paşinyanın, həmçinin ordu rəhbərliyinin çox gərgin ovqata kökləndikləri, narahat olduqları aydın görünür.

Azərbaycanın sarsıdıcı zərbələri qarşısında qalan Ermənistan ölkənin Fövqəladə Hallar Nazirliyi sərhəd boyunca yaşayan əhalinin təxliyə ediləcəyini elan edib.

Qeyd edək ki, Ermənistan ordusunun rəhbərliyi 4 hərbçinin öldüyünü, 5 nəfərinsə yaralandığını açıqlasa da, erməni vətəndaşlar sosial şəbəkələrdə itkilərin qat-qat çox olduğunu yazırlar.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031