Ayətullah Xameneinin nümayəndəsi Ayətullah Amili: Ermənistan işğalçıdır!
Mьəllif: admin1
Tarix: 16-07-2020, 23:58
Bцlmə: Xəbərlər
Ayətullah Xameneinin nümayəndəsi Ayətullah Amili: Ermənistan işğalçıdır!
İslamazeri.com Trend-ə istinadən xəbər verir ki, bu haqda IRIB məlumat verib.

"Ermənistan silahlılarının Azərbaycan ordusunun mövqelərini atəşə tutması və azərbaycanlı hərbçiləri şəhid etməsi cinayətdir.", - deyə İranın dini lideri Ayətullah Əli Xameneinin İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətindəki nümayəndəsi Ayətullah Seyid Həsən Amili vurğulayıb.

Ayətullah Amilinin sözlərinə görə, Ermənistan tərəfi yanlış yolu seçib və buna görə də regional və beynəlxalq dairələr onun cinayətini qınayırlar.

Amili əlavə edib ki, İran xalqı və dövləti həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bütün regional və beynəlxalq dairələrdə Azərbaycanın işğal olunmuş 20% ərazisi, o cümlədən Dağlıq Qarabağın geri qaytarılmasının vacib olduğunu qeyd edib.

İranın dini liderinin nümayəndəsi şəhidlərə görə Azərbaycan xalqına başsağlığı verib.

İran mediası bəyanatın tam mətnini yayıb. Bəyanatda deyilir: "Təəssüflə Azərbaycan Respublikasının gəncləri və zabitlərinin Azərbaycan - Ermənistan rəsmi sərhəd bölgəsində yerləşən Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olması xəbərini aldıq.

Bununla bağlı beynəlxalq qanunlara zidd olaraq hücuma keçən Ermənistan hökumətinin şərarətini pisləyirik, və həmin məşum hücumun şəhidlərinin uca ruhuna salam və sələvat göndəririk, matəmli böyük Azərbaycan xalqı və ürək dağı görmüş ailələrlə həmdərd olduğumuzu bildirir, Allah Təaladan şəhidlərə ülvi məqamlar, ailələrə isə səbr diləyirik.

Azərbaycan Respublikasının müsəlman və bizimlə soydaş olan zabitləri və hərbiçilərinin qəsbkar ermənilər tərəfindən şəhid edilməsi bizim üçün ağır və kədərləndiricidir, bu şərarət işğalçı ermənilərin son şərarəti olsa da, onun sonuncusu olmayacaq, Azərbaycanın möhtərəm hökumətindən bu kimi cinayətlərin qarşısını almaq və pakların qanını qorumaq, Azərbaycan Respublikası əhalisinin isə izzət və müqəddəs qürurunun bərpası üçün lazımı və təcili tədbirlər görməsini intizar edirik."


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031