İran ABŞ-ın saxladığı neft tankerini geri alıb
İran ABŞ tərəfindən Birləşmiş Ərəb Əmirliyinin ərazisində saxlanılmış neft gəmisini qaçıraraq geri gətirib.
SalamNews xəbər verir ki, bu barədə Əlcəzirə telekanalı Beynəlxalq Dəniz Təşkilatındakı mənbələrinə istinadla xəbər verib. Bildirilib ki, ABŞ tərəfindən BƏƏ-də saxlanılmış Dominikan Respublikasının bayrağı altında üzən “MT Sky Golf” neft tanketi beş iyulda BƏƏ sahilini tərk edib və ötən günlərdə İran sahillərində görünüb. Bildirək ki, ötən il İranın Suriyaya neft aparan bir tankeri Britaniyaya tabe olan Cəbəli-Tariqdə saxlanılmış, İranın cavab addımlarından sonra isə bu gəmi sərbəst buraxılmışdı. Ötən ay isə İranın 5 tankeri ABŞ-ın təhdidlərinə baxmayaraq, Venesuelaya neft və neft məhsullarını çatdıraraq geri qayıdıb. (SalamNews) Oxşar xəbərlər
|