Həsəni Ruhani: "Koronvirusla mübarizədə 6 təsirli dərmanımız var"
İran prezidenti Həsən Ruhani Tehranda keçirilən koronavirus qarşı mübarizə üzrə illik komitənin toplantısında iştirak edib.
Həsən Ruhani bidirib ki, bu günə qədər 25 milyon insan koronavirusa yoluxub. 14 min insan ölüb. Bundan sonra da 30-35 milyon insan koronavirusa yoluxa bilər. Cəmiyyətdəki dözümün artırılmasının vacibliyini vurğulayan Ruhani qeyd edib ki, bu ilin sonuna qədər ənənələrimizi bir kənara qoymalıyıq. Ən sadə, təsirli və ən az xərcli maskalardan istifadə, sosial məsafəni qorumaq və çox sayda insanın bir yerə toplanmasından çəkinmək lazımdır. Hələ ki, koronavirus xəstəliyi üçün müalicə və ya peyvənd yoxdur. Buna görə virusun yayılması zəncirini qırmaqdan başqa çarəmiz yoxdur. İran koronavirus peyvəndi hazırlamaq üçün çalışır. Hazırda əlimizdə virusla mübarizə üçün 6 təsirli dərmanımız var. (eastnews.org) Oxşar xəbərlər
|