ABŞ-da müsəlman xanıma qarşı diskriminasiya: Hicabını çıxarmalısan
Mьəllif: admin1
Tarix: 19-07-2020, 23:40
Bцlmə: Xəbərlər
ABŞ-da müsəlman xanıma qarşı diskriminasiya: Hicabını çıxarmalısan
ABŞ-ın Missuri ştatında yerləşən poliqon rəhbərliyinə qarşı, müsəlman müştərisinə qarşı qanunsuz tələbinə görə ayrı-seçkilik maddəsi ilə məhkəmə işi açıla bilər.

Belə ki, müsəlman ailə idman atışında məşq etmək üçün həftəsonu Sammit Li şəhərindəki tirə getmək qərarına gəlib. Kassada müsəlman xanım Raniya Bərəkətdən hicabını çıxarması tələb edilib. Raniyanın təəccüb və etirazına cavab olaraq isə ona xidmət göstərməkdən imtina edilib.

“Əvvəllər də mən irqçiliklə üzləşmişəm, lakin bu dərəcədə də yox ki, kimsə məndən məkana daxil olmaq üçün hicabımı çıxarmağımı tələb etsin”,- deyə Raniya bildirib.

“Herald Mail Media” qeyd edir ki, Amerika-İslam Münasibətləri Şurasının (CAIR) yerli şöbəsinin vəkilləri müsəlman xanımın hüquqları pozan poliqona qarşı araşdırmanın başladılmasını tələb ediblər.

Poliqon direktoru Bren Braun müsəlman ailədən üzr istəməkdən imtina edib və diskriminasiyaya yol verilmədiyini iddia etsə də, Raniyadan hicabının çıxarmasının tələb edilməsi faktının həqiqətən də baş verdiyini təsdiq edib və deyib ki, hər kəsdən baş örtüsünü çıxarmasını istəyirlər.

Çətin ki, federal məhkəmə sahibənin bəhanələrini qəbul etsin, bu cür hallarda çox zaman dini zəmində diskriminasiyaya məruz qalmış insanlara kompensasiya ödənilir.
(Shafaqna.com)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031