Bu 4 günahdan xüsusən uzaq olaq – Allah bunları çətin bağışlayır
Ustad Fatiminiya əxlaq dərslərinin birində buyurmuşdur: “Bir gün Ayətullah Bəhaəddinin xidmətinə getmişdim. Ağa əlini qaldırdı və ağzına işarə etdi.
Allah şahiddir ki, insanlar abır tökməyi çox asan hesab edirlər. Baxın görün, Allah bu neçə günahı bağışlamır: 1. Bilərəkdən namaz qılmamağı. 2. Haqsız yerə insan öldürməyi. 3. Ağvalideyn olmağı. 4. Abır aparmağı. Bu günahlar o qədər böyükdür ki, sahibləri tövbə tövfiqinə malik ola bilmirlər. Böyük alimlərdən birinin oğlu ki, öz zamanında böyük alimlərdən idi, mənim üçün danışırdı: “Atama dedim ki, atacan, sən – elm dənizisən. Əgər mənə bir nəsihət verməli olsan, nə deyərsən?”. Dedi ki, atam başını aşağı saldı və sonra dedi: “Heç kəsin abırını aparma”. Əzizlərim! İslam dini istəyir ki, heç kəsin abırı getməsin. Diqqət edin ki, bəziləri kimi dilinizlə cəhənnəmə getməyəsiniz. Hədislərimiz buyurur ki, cəhənnəm əhlinin çoxu dilinə görə cəhənnəmlik olmuşdur. Əmirəl-möminin (ə) Haris Həmədaniyə buyurur: “Günahkar bir neçə növdür. Bir dəstə günah edər, sonra narahat və peşman olar. Tövbə edər və heç vaxt düşünməz ki, bir gün bu tövbəsini sındırsın. Ancaq ikinci dəfə sındırar. Üç dəfə, on dəfə...”. Hədisdə oxuyuruq ki, əgər hər tövbə sındıran zaman həqiqi narahatçılığa malik olarsa, nəhayət şeytana qalib gələr”. /Deyerler.org/ Oxşar xəbərlər
|