Bu məscid Ginnesin rekordları kitabında qeydə alınıb
Rusiya federasiyasının şimalında yerləşən Norilsk şəhər məscidi dünyanın ən şimal nöqtəsində yerləşdiyi üçün Ginnesin rekordları kitabında qeydə alınıb. Maide.Az İQNA-a istinadla xəbər verir ki, məscid özünəməxsus xüsusiyyəti ilə dünyanın tanınmış məscidlərindən biri hesab edilir. "Nord Kamal Məscidi" adı ilə tanınan bu ibadət ocağı 1993-1998-ci illərdə tikilib. Məsciddə əhli-sünnə və şiələr birlikdə ibadət edirlər. Müxtəlif mərasimlərdə isə məscid digər dinlərinin davamçılarına da evsahibliyi edir. Oxşar xəbərlər
|