Ayətullah Xamenei: ABŞ İraqda müstəqil və güclü hökumətin formalaşmasına qarşıdır
"İran heç vaxt İraqın daxili işinə müdaxilə etməyib və etməyəcək."
Maide.Az "leader.ir" saytına istinadla xəbər verir ki, bunu bu gün İraqın baş naziri Mustafa Əl-Kazimi ilə görüşdə Ali Rəhbər Ayətullah Xamenei deyib. Ayətullah Xamenei bildirib ki, İran izzətli, müstəqil və ərazi bütövlüyü, vəhdət və daxili birliyi qorunub saxlanan İraq istəyir. “İran İraq dövlətini zəiflədəcək hər bir şeyə qarşıdır”. Ali Rəhbər İran və İraq arasındakı əlaqələri dərin, tarixi, dini, mədəni və sözün həqiqi mənasında qardaşcasına adlandırıb və qeyd edib ki, İran üçün iki ölkənin münasibətlərində önəmli olan İraqın mənafeyi, sabitliyi, izzəti, regional gücü və vəziyyətinin yaxşılaşdırılmasıdır. “Əlbətdə Amerikalıların İraqa baxışı İranın əksidir. Çünki ABŞ sözün həqiqi mənasında düşməndir. İraqda müstəqil, güclü və əksəriyyətin səsi ilə formalaşan hökumətin təşkilinə qarşıdır”. Ayətullah Xamenei bildirib ki, ABŞ üçün İraqın baş nazirinin kim olması önəmli deyil, onlar Səddam devrildikdən sonra İraqı idarə edən Pol Bremer ((2003-2011) İraq Müvəqqəti Koalisiya Şurasının I Sədri) kimi bir idarəçinin ardıncadırlar. “İran İraqla Amerikanın münasibətlərinə müdaxilə etmir lakin istəyir ki, İraqlı dostlarımız ABŞ-ı tanısın və bilsinlər ki, ABŞ-ın hər bir ölkədə varlığı korrupsiya və dağıdıcılıq mənbəyidir. İran İslam Respublikası istəyir ki, İraq dövləti, xalqı və parlamentinin Amerikalıların çıxarılması ilə bağlı qərarı icra olunsun çünki onların İraqda mövcudluğu sabitsizlik yaradır.” Ali Rəhbər şəhid general Süleymani və Əbu Mehdi Əl-Mühəndisin terror etməsini ABŞ-ın İraqdakı mövcudluğunun nəticəsində baş veridyini bildirib. . "Onlar sizin qonağınızı evinizdə öldürdülər və açıq-aşkar bu cinayəti etiraf etdilər bu balaca məsələ deyil." Ali Rəhbər Əl-Kaziminin dövlətini seçmək üçün İraqın siyasi hərəkatları və qruplarının birləşməsini bəyənilən addım kimi qiymətləndirib və bildirib ki, ABŞ və onların əlaltıları həmişə bölgə ölkələrində güc boşluğu ardıncadılar ki, xaos və özlərinin müdaxiləsi üçün zəmin yaratsınlar. Necə ki, Yəməndə bu işi gördülər və hazırda Yəməndəki təssüfedici vəziyyəti hamı görür. Ayətullah Xamenei İranın Əl-Kaziminin hökumətini dəstəklədiyini bildirib və qeyd edib ki, ağıl, din və təcrübə tələb edir ki, İran və İraq arasında münasibətlər bütün sahələrdə inkişaf etdirilsin. “Əlbətdə, İran və İraq arasında münasibətlərin inkişafını istəməyənlər var və onların başında Amerika durur. Lakin heç vaxt ABŞ-dan qorxmaq lazım deyil, çünki heç bir qələt edə bilməz. Amerikalılar zəhmət və əziyyətə səbəb olurlar lakin İraq dövləti bu narahatçılıqlara baxmayaraq öz yolunu tam güclə davam etdirməlidir və xalqı özünə arxa və dayaq seçməlidir”. Ali Rəhbər mərcəyi təqlidləri və şəxsən Ayətullah Sistanini İraq üçün böyük bir nemət adlandırıb və qeyd edib ki, Həşdü-Şəbi də İraq üçün bir nemətdir və onu qorumaq lazımdır. Görüşdə İraq baş naziri Mustafa Əl-Kazimi İran və İraq arasındakı əlaqələri tarixi və dərin adlandırıb və Ali Rəhbərə tövsiyə və nəsihətlərinə görə təşəkkür edib. “Sizin nəsihətləriniz problemlərin həllinin açıarıdır və mən bu göstərişlərinizə görə sizə təşəkkür edirəm.” Oxşar xəbərlər
|