ABŞ-ın sabiq müdafiə nazirindən etiraf: İrana bütün cəbhələrdə uduzmuşuq
ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta bəyan edib ki, ölkəsi, demək olar ki, bütün cəbhələrdə İrana məğlub olub.
“Mən (ABŞ-ın) gələcək hadisələrə dair strategiyası olmadan nüvə sazişindən çıxmasına görə olduqca narahat idim”, -deyə o qeyd edib. O iddia edib ki, müdafiə naziri olan zaman İsrail rejiminin İranla müharibə istəyinin qarşısını alıb. “(İsrail rejimi dedi ki,) əgər biz ABŞ-a etibar edə bilmiriksə, sazişin məzmununu pozacaq addımlar atacağıq. Düşünürəm ki, bu, elə onların etdiyidir”, - deyə o bildirib və əlavə edib ki, belə bir addım İranla bağlı planları puç edib. “Beləliklə biz, demək olar ki, bütün cəbhələrdə uğursuzluqlara məruz qaldıq”, -deyə o vurğulayıb. (az.shafaqna.com) Oxşar xəbərlər
|