Norveçdə məscidə hücum etmiş terrorçu 21 illik həbs cəzası aldı
2019-cu ilin avqust ayında Norveçdə, Beyrumun Oslo ətrafındakı Ən-Nur məscidində atəş açaraq 17 yaşlı bacısını öldürən 22 yaşlı Filip Mansqausaya 21 il həbs cəzası verildi.
Hakimlərin hökmü birmənalıdır və prokurorluğun tələbinə uyğundur. Prokurorluğa görə, Mansqausanın məqsədi mümkün qədər çox müsəlmanı öldürmək idi. "Deyerler.org"un islam.plus-a istinadən verdiyi xəbərə görə, hücumdan sonra məhkəmə iclasında Mansqausa nasist salamı verərək sağçı ideologiyası xas mətn oxudu. Mansqausa, qurbanların yaxınlarına təzminat ödəməli və məhkəmə xərclərini ödəməli olacaq. Norveçdə 21 il həbs cəzası xüsusilə təhlükəli cinayətkarlar üçün mümkün olan ən yüksək cəzadır. 2011-ci ildə Osloda törədilən terror aktının təşkilatçısı və icraçısı Anders Breyvik belə bir cəza almış, terror zamanı 77 nəfər ölmüş, 151 nəfər yaralanmışdı. Mansqausa açıq şəkildə Breyvikə rəğbət bəsləyirdi. 21 illik müddəti bitdikdən sonra, Norveç qanunlarına görə, məhkəmə, zəruri saydığı təqdirdə, cəzanı hər beş ildən bir davam etdirə bilər. Prokurorluğa görə, Mansqausa işində heç bir yüngülləşdirici hal yoxdur və təqsirləndirilən şəxsin özü cəmiyyət üçün təhlükəlidir. Vəkil, müvəkkilinin əqli problemlərə malik olduğunu və məcburi müalicəyə göndərilməsini tələb edib. Oxşar xəbərlər
|