Suriyanın şimalında terror aktı törədildi, ölənlər var
Türkiyənin dəstəklədiyi silahlı qruplaşmaların nəzarətində olan Suriyanın şimal-qərbindəki Hasəkə vilayətinin Ras əl-Eyn şəhərində avtomobilin partladılması nəticəsində 5 mülki şəxs həyatını itirib, bir neçə nəfər yaralanıb.
Məlumata əsasən, partlayıcı quraşdırılan avtomobil Ras əl-Eyn şəhərinin əl-Cozə yol qovşağında partlayıb. Hadisə nəticəsində azı 5 nəfər hayatını itirib, yaralılar var. Qeyd edək ki, Suriyanın şimalında mütəmadi olaraq müxtəlif qruplaşmalar terror aktları törədir. (eastnews.org) Oxşar xəbərlər
|