Səudiyyəli nazir Həcc mərasimiylə bağlı yeni qərarı açıqladı
Mьəllif: admin1
Tarix: 26-07-2020, 20:38
Bцlmə: Xəbərlər
Səudiyyəli nazir Həcc mərasimiylə bağlı yeni qərarı açıqladı
Səudiyyə Ərəbistanının Həcc naziri bu il Həcc mərasimlərində heç bir dövlət məmurunun və ya xidmətçinin iştirak etməyəcəyini bildirib.

Məhəmməd Saleh Binten, bu il Həcc mərasimlərinin strateji, praktik plan və ciddi sağlamlıq protokollarına uyğun olaraq həyata keçirildiyini vurğulayaraq bildirib:

"Bu dövrdə ən vacib məsələ Allahın qonaqlarının sağlamlığını qorumaqdır. Sanitariya təlimatları ölkədə yaşayan zəvvarların seçilməsi üçün əsasdır və hicri 1441-ci il Həcc mövsümündə heç kim üçün istisna yoxdur.

Bu il Həcc mövsümündə ölkə rəhbərliyi tərəfindən böyük dəstək verilib və zəvvarların seçilməsi prosesi tam şəffaflıq və sağlamlıq qaydalarına ciddi riayət edilməklə aparılıb".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətini İslam qanunlarının fərdlərin həyatını qorumaq məqsədlərini yerinə yetirmək məqsədi ilə keçirmək qərarına gəlib.
(eastnews.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031