Yeddi Ərəb ölkəsindən Qurban bayramı namazı ilə bağlı qərar: Qılınmayacaq...
Mьəllif: admin1
Tarix: 27-07-2020, 22:37
Bцlmə: Xəbərlər
Yeddi Ərəb ölkəsindən Qurban bayramı namazı ilə bağlı qərar: Qılınmayacaq...
Koronavirus pandemiyasının sürətlə vüsət aldığını və yayıldığını nəzərə alaraq bir çox İslam ölkələri, o cümlədən yeddi Ərəb ölkəsi Qurban bayramı namazının məscidlərdə və meydanlarda camaat ilə qılınmasını qadağan edib.

İslamazeri.com İQNA-ya istinadən xəbər verir.

Məlumata görə, bəzi İslam ölkələri isə, o cümlədən Misir, Küveyt və Səudiyyə Ərəbistanı Qurban bayramı namazının öncədən müyyən edilmiş məscidlərdə məhdud sayda namazqılan və sanitariya qaydalarına riayət etmək şərti ilə qılınmasına icazə verib.

Səudiyyə Ərəbistanı və Küveyt öncədən təyin edilmiş məscidlər istisna olmaqla digər məscid və açıq meydanlarda Qurban bayramı namazı qılınmasını qadağan elan ediblər.

Mərakeş, Misir, Əlcəzayir, Suriya, BƏƏ və Küveytin İslami İşlər Nazirilikləri elan ediblər ki, Qurban bayramı namazı evlərdə qılınmalıdır. Qurban bayramı namazının məscid və meydanlarda qılınması qadağandır.

Bəzi Ərəb və İslam ölkələri isə Qurban bayramının yaxınlaşmasına baxmayaraq hələ ki, bu barədə heç bir açıqlama verməyib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031