Amerikalı senator KOVİD-19 haqqında yazdı: “Varlılar daha da varlandı”
ABŞ Senatındakı müstəqil senator Berni Sanders Amerika xalqının yoxsullaşdığını qeyd edərək, koronavirus epidemiyası vaxtı amerikalı ailələrin yarısının gəlirlərini itirdiyini qeyd edib.
Vermontdan olan demokrat senator Berni Sanders avqustun 2-si Tvitter-dəki profilində ən varlı amerikalıların daha da zənginləşdiyini və adi amerikalıların daha da kasıblaşdığını yazıb: “Varlılar daha da varlandılar, ancaq amerikalı ailələrin yarıdan çoxu koronavirus epidemiyası dövründə gəlirlərini itirdilər, 491 milyarder isə sərvətlərini 743 milyard dollar artırdı. Bu iyrəncdir. Zəngin və güclü üçün saxta bir iqtisadiyyat yox, hamı üçün işləyən bir iqtisadiyyat lazımdır. Koronavirus dövründə ABŞ iqtisadiyyatı dərin böhrana düşüb, təkcə sonuncu rübdə ümumi daxili məhsul ən az 33% azalıb. KOVİD-19 epidemiyası (ABŞ-da) milyonlarla insanı işsiz qoydu, bir çox amerikalı çətin vəziyyətdə yaşayır”. Xatırladaq ki, ABŞ-ın Əmək Nazirliyi ötən həftə ölkədə daha 1.43 milyon insanın işini itirdiyini açıqlamışdı. Deyerler.org Oxşar xəbərlər
|