Nyu-Yorkda İslam Mərkəzi və məsciddə pulsuz KOVİD-19 analizləri edilir
“The West Bury Times” qəzetinin verdiyi məlumata görə, 3 - 7 avqust tarixlərində Nyu-Yorkdakı Lonq Aylend (Long İsland) məscidi və İslam Mərkəzi bu mərkəzə gələnlər üçün pulsuz bir seroloji antikor testləri edəcək.
Antikor qan testi insanların əvvəllər viruslara yoluxub yoluxmadığını göstərir. Sözügedən İslam Mərkəzinin press-relizində bunlar qeyd olunub: “Bu testlər pulsuzdur və burada iştirak etməyimizlə cəmiyyəti xəstəliklərdən qorumuş olacağıq. Bu testlər KOVİD-19 virusunun cəmiyyətdə nə qədər geniş yayıldığını göstərir. Hamını iştirak etməyə dəvət edirik”. Xatırladaq ki, təkcə Nyu-Yorkda 32 mindən çox insan koronavirusdan dünyasını dəyişib. Deyerler.org Oxşar xəbərlər
|