Ölümün qarşısını almaq olarmı?
Mьəllif: admin1
Tarix: 5-08-2020, 22:29
Bцlmə: Xəbərlər
Ölümün qarşısını almaq olarmı?
Müqəddəs Quran və hədislərdən belə bir birmənalı nəticəyə gəlmək olur ki, ölüm yox olmaq demək deyildir. Əslində yeni həyatın başlanğıcıdır.

Əcəl dedikdə, insan üçün müəyyən edilmiş vaxt nəzərdə tutulur.

Bəli, insan üçün yaşayacağı vaxt müddəti təyin edilmişdir. Ona görə də ölümə bəzən əcəl də deyirlər.

Əcəli iki yerə bölürlər: qəti olan əcəl və qəti olmayan əcəl.

Allahın qəti əcəlinin qarşısını heç bir əməl ala bilməz. Bu əcəl artıq qətidir və həyata keçəcəkdir.

Ancaq qəti olmayan əcəlin qarşısını bəzi əməllər ala bilər ki, onlarla tanış olaq:

1. Günahı tərk etmək. İmam Sadiq (ə) buyurur: “İnsanlar daha çox (təbii) əcəllərinin çatması ilə ölmək yerinə, günahlarının təsirindən ölürlər”.

2. Sədəqə. İmam Əli (ə) buyurur: “Sədəqə verməklə ömürlər uzanar”.

3. Sileyi-rəhm. İmam Rza (ə) buyurur: “Biz ömrün uzanması üçün sileyi-rəhmdən başqa vasitə tanımırıq”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031