Ali Dini Rəhbər: “ABŞ ordusunun cinayətləri haqqında çoxlu kitab yazıla bilər”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei xeyli sayda insanın ölümünə və yaralanmasına səbəb olan Xirosima hücumu ilə bağlı mesaj yayıb.
Deyerler.org xəbər verir ki, Ali Dini Rəhbərin “Khamenei.ir” saytının Tvitter profilində yerləşdirilən mesaj belədir: “1945-ci ilin avqustunda ABŞ Xirosima şəhərində bir atom bombası ilə hücumunda 100 mindən çox insanı dərhal öldürdü! Hegemon, dinsiz, ateist və əxlaqsız olan Amerika ordusunun təbiəti belədir. İstənilən bir şəxs hegemon ordularının cinayətləri haqqında danışmaq istəsə, bir neçə kitab yazıla bilər və (bununla əlaqədar kitablar) yazılmalıdır”. Oxşar xəbərlər
|